İyul 18, 2020 11:29 Asia/Baku
  • Sabah Suriyada parlament seçkiləri keçiriləcək

Sabah Suriyada 2012-ci il konstitusiya düzəlişindən bəri üçüncü çağırış parlament seçkiləri keçiriləcək.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir ki, Suriyanın Seçkilər üzrə Ali Məhkəmə Komitəsi üçüncü çağırış parlament seçkilərinin keçirilməsi prosesi ilə bağlı bir aşıqlama verib. Açıqlamada deyilir: "Suriya xalqı iki min yüz namizəd arasından 250 deputatın seçilməsi üçün seçki məntəqələrinə gedəcəklər". 

Suriyanın Seçkilər üzrə Ali Məhkəmə Komitəsinin bildirdiyinə əsasən, Suriyanın bütün vilayətləri üzrə 7 min 313 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Hələb, Dəməşq və Homs vilayətləri müvafiq olaraq, 52, 29 və 32 deputatla ilə Suriya parlamentində ən çox yerə sahibdirlər. 

Suriyanın 14 vilayəti vardır. Bu ölkə xalqı 250 deputatı dörd il müddətinə seçirlər.

Suriyanın ilk parlament seçkiləri konstitusiya düzəlişindən sonra 2012-ci il may ayının 7-də və ikinci çağırış parlament seçkiləri isə 2016-cı il aprelin 13-də keçirilib.

Suriyanın üçüncü çağırış parlament seçkiləri bundan əvvəl koronavirusun yayılması səbəbindən iki dəfə təxirə salınıb.

Teqlər

Şərhlər