Sen 07, 2025 15:04 Asia/Baku
  • İranla müharibə xəsarət sunamisi idi

Sionist rejim daxilində müharibədən zərərçəkənlərə təzminat ödəməkdən məsul olan rəsmi İranla 12 günlük müharibəni İsrail üçün “xəsarət sunamisi” kimi qiymətləndirərək, dəyən ziyanın həcminin Qəzzədəki iki illik müharibənin ziyanına bərabər olduğunu bildirib. Mizan -

Sionist rejimin Vergilər departamentinin direktoru Şay Aharonoviç deyib: "12 müharibə zamanı İranın hücumlarının şiddəti o qədər olub ki, ziyan dəymiş ərazilərin yenidən qurulmasını təmin etmək üçün təcili olaraq, yeni qanunların qəbuluna ehtiyac var. 

O, ziyanların görünməmiş miqyasına işarə edərək, deyib: "İranla 12 günlük müharibədən sonra Vergilər İdarəsinə təxminən 54 000 birbaşa təzminat müraciəti daxil olub ki, bu da maliyyə baxımından bütün “Dəmir Qılınclar” əməliyyatı yəni rejimin Qəzzəyə qarşı müharibəsi zamanı təqdim olunan 75 000 müraciətə bərabərdir.

Sionist rəsminin dediyinə görə, İran raketlərinin dağıdıcılıq gücü 30-dan çox binanı tamamilə yerlə-yeksan edib və hədəfə alınan ərazilərdə şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Şay Aharonoviç əlavə edib: "Hazırda həm torpaqdan istifadəni yaxşılaşdırmaq, həm də kompensasiya xərclərini azaltmaq üçün yenidənqurma layihələrinin şəhər yeniləmə planlarına çevrilməsinə imkan verən yeni qanun layihəsi hazırlanır".

Digər məlumatlara görə, İranın müharibə zamanı hücumları İsrailin strateji obyektlərinə və həyati infrastrukturuna, o cümlədən Hayfa limanına, neftayırma zavodlarına və elektrik enerjisi istehsal edən mərkəzlərinə ciddi ziyan vurub və sionist rejimin iqtisadi itkilərini on milyardlarla dollara çatdırıb.

Bu elə bir haldadır ki, sionist rejimin bəzi media qurumları dəymiş ziyanın həqiqi miqyasını senzura etməyə çalışıblar və İranın hərbi hədəflərə raket hücumlarının görüntülərini dərc etməkdən imtina ediblər.