Suriyada Colani qüvvələri ilə kürdlər arasında silahlı toqquşma olub
Mediada yayılan xəbərlər Suriyada, xüsusilə də Riqqənin ətrafında daxili qarşıdurmaların davam etdiyini göstərir.
Suriyanın Əl-Əxbariyyə telekanalı bildirib ki, Riqqənin şərq ətraflarında terrorçu Colani rejiminə bağlı ünsürlər ilə Suriya Demokratik Qüvvələri kimi tanınan kürd qüvvələri arasında növbəti dəfə şiddətli toqquşma baş verib.
Məlumata əsasən, Colani qüvvələri kürd qüvvələrin Fərat çayı vasitəsilə Riqqənin şərqində yerləşən Muğla bölgəsinə girməsinə mane olub.
Bir neçə gün əvvəl də Suriyanın Hələb vilayətinin şərqindəki Təl Maaz kəndində iki tərəf arasında silahlı toqquşmanın baş verdiyi bildirilmişdi.
Suriyanın Əl-Əxbariyyə telekanalı bildirib ki, Suriya Demokratik Qüvvələri raket və ağır silahlarla Təl Maaz kəndini hədəfə alıblarş
Qeyd edək ki, Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra ölkədə daxili qarşıdurmalar səngiməyib, təhlükəsizlik və siyasi sabitlik hələ də bərqərar olunmayıb.