İyul 22, 2020 18:17 Asia/Baku
  • Suriya parlament seçkilərinin üçüncü turunun nəticələri açıqlanıb

Suriya seçkiləri üzrə Ali Məhkəmə Komitəsinin rəhbəri dünən (çərşənbə axşamı) keçirilən mətbuat konfransında parlament seçkilərinin nəticələrini açıqladı. Seçkidə Bəşar Əsədin partiyası qalib gəldi. 

SəhərAzəri SANA-yə istinadla xəbər verir, Suriya Ali Məhkəmə Komitəsinin rəhbəri Samir Zəmriq üçüncü parlament seçkilərinin nəticələrini açıqlayıb və deyib: Əyalətlərdəki məhkəmə komitələri səslərin sayılmasını tamamlayıb və nəticələrini Ali Komitəyə təqdim ediblər.
Samir Zəmriq bildirib: Uyğun seçicilərin sayı altı milyon 224 min 687 nəfər idi və iştirak nisbəti 33,17% -ə çadıb.
O əlavə edib ki, hakim Bəs partiyası və müttəfiqləri çox yer qazanıb. Səslərin sayılmasının nəticələrinə görə Milli Birlik Siyahısı ümumi 250 yerdən 177 yerə sahib olub.
Bu seçkidə 200 qadın namizəd də daxil olmaqla 1656 namizəd 250 üzvlü Suriya parlamentinə üzv olmaq uğrunda mübarizə aparıb. Bununla yanaşı, Ali Məhkəmə Komitəsi beş seçki məntəqəsində seçkiləri yenidən keçirmək və saymaq qərarına gəlib, Hələbin kənarında iki mərkəz, Hələbdə iki mərkəz və Deyr əz-Zorda bir mərkəz həmin məntəqələrdən sayılır.

Teqlər

Şərhlər