Avq 04, 2020 20:31 Asia/Baku
  • Beyrut limanında faciəvi partlayış + video

Təhlükəsizlik mənbələri hadisənin terrorçu aktı olmadığını bildirb.

SəhərAzəri xəbər verir, Bu gün, çərşənbə axşamı, Beyrut limanında nitrat və benzin olan bir anbarda böyük partlayışlar və yanğınlar baş verdi. Əl-Mayadin hadisədə onlarla insanın yaralandığını bildirib. Təhlükəsizlik mənbəyi bunun terror hadisəsi olmadığını söyləyir. 
Əl-Mayadin müxbiri xəbər verir ki, Partlayış və yanğının şiddəti səbəbindən yaralananların sayı çoxdur və onlarla insan yaxınlıqdakı xəstəxanalara köçürülüb. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri lazımi avadanlıqlar, yanğınsöndürənlər və xilasedicilərləhadisə yerinə gəliblər. 
Bir təhlükəsizlik mənbəyi Əl-Mayadinə partlayışın terror aktı olmadığını bildirib.
Əhalinin çoxu 15 saniyə fasilə ilə baş verən iki güclü partlayışın zəlzələ olduğunuzənn ediblər. 
Əl-Mayadin əlavə olaraq bildirib: Bölgədəki bir çox binanın və avtomobillərin şüşələri tökülüb və maliyyə itkiləri yüksəkdir. Əl-Mayadin partlayışın baş verdiyi anbarda benzin olduğunu bildirib. 
Bir təhlükəsizlik mənbəyi Əl-Manara tele kanalına deyib: Partlayış nitrat tərkibli bir qabın içərisindəki 12 nömrəli anbarda baş verib.
Sputnik müxbiri isə xəbər verir ki, İraq Media Şəbəkəsinin ofisini idarə edən böyük bir İraqlı jurnalist Beyrut limanında baş verən partlayış nəticəsində ağır yaralanıb. 
Sputnik müxbiri bildirib: “İraq Media Şəbəkəsi (yarı hökumət) ofisinin direktoru Amin Nasser, İraq Media Şəbəkəsi ofisinin altındakı partlayış nəticəsində yaralanıb. Nasser, yaralandığını İraqlı jurnalistlərə yazılmış bir səslə bildirib.
Anadolu Xəbər Agentliyi də ayrıca Livanın keçmiş Baş naziri Saad Haririnin Beyrutun mərkəzindəki evinin yaxınlığında güclü partlayışın baş verdiyini bildirib. Xəbər agentliyi əlavə edib ki, Hariri sağlamlıq vəziyyətindədir və partlayışın təsirlərini və nəticələrini izləyir. Aparıcı Sosialist Partiyasının lideri Vəlid Jumblatt və oğlu Timur Hariri ilə görüşüblər.
Həmin xəbər agentliyi əlavə edir ki, Beyrut limanında baş verən partlayış "Məhəmməd Əl-Amin" məscidinə xeyli ziyan vurdu. 
Rusiyanın Beyrutdakı səfirliyinin müşaviri bildirib ki, Partlayış nəticəsində səfirliyin binasına ziyan dəyib və işçilərindən biri xəsarət alıb.

Teqlər

Şərhlər