Avq 05, 2020 17:02 Asia/Baku
  • İraqın Silahlı Qüvvələri ABŞ hərbçilərinin çıxarılmasını tələb edirlər

İraq Silahlı Qüvvələrinin baş komandanının mətbuat katibi ABŞ hərbçilərinin bu ölkədən çıxarılmasına dair Parlamentin təsdiq etdiyi qanunun icrasını vurğulayıb.

SəhərAzəri xəbər verir ki, İraq Silahlı Qüvvələrinin baş komandanının mətbuat katibi Yəhya Rəsul dünən bir televiziya verilişində deyib: "İraq hökuməti İraqın azad edilməsi döyüşləri və İŞİD terrorçuları ilə mübarizədə heç vaxt ABŞ hərbçilərinin köməyinə ehtiyaclı olmadığını və İraq ordusu və Həşdüş-Şəbinin bu işə qadir olduğunu dəfələrlə bəyan edib".

Yəhya Rəsul qeyd edib ki, İraqın Silahlı Qüvvələri özlərinin hava, quru və dəniz bacarıqlarını gücləndirməyə davam edəcəklər.

İraq Silahlı Qüvvələrinin baş komandanının mətbuat katibi, həmçinin İranın İraqdakı İŞİD-lə mübarizədəki rolunu yüksək qiymətləndirib və İran İslam Respublikasının İŞİD-in İraqa gəlişinin əvvəlindən və bu terrorçu qrupun Bağdadın yaxınlığına çatdığı zamandan İraqın yardımına gəldiyini söyləyib.

İraq parlamenti  cari ilin 5 yanvar tarixində ABŞ hərbçilərinin bu ölkə ərazisindən çıxarılmasına dair qanun layihəsini təsdiq edib.

Teqlər

Şərhlər