Avq 27, 2020 15:43 Asia/Baku
  • Seyid Həsən Nəsrullahın İsrail rejiminin uydurma hücumuna reaksiyası

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah məhərrəm ayının on günlüyü münasibətilə çıxış edərək son hadisələrə, xüsusən sionist rejiminin Livanın cənubun hissəsinə uydurma hücumuna münasibət bildirib.

Sionist rejiminin ordusu çərşənbə günü səhər, Livan qüvvələrinin əraziyə daxil olmasından sonra, Hizbullahın Fələstin şimal hissəsində olan mövqelərinə atəş açdığını bildirib.

SəhərAzəri Parstoday-ə istinadən verdiyi xəbərə görə, Seyid Həsən Nəsrullah çıxışında deyib: "Livanın cənubunda baş verənlər bizim üçün vacib bir məsələdir, amma hal-hazırda bu məsələni şərh etməyəcəm, onu başqa vaxta təxirə salacam".

 

Qeyd edək ki, bu ilin iyul ayının 20-də, sionist rejimin Suriyanın Dəməşq şəhərinə hava zərbəsi nəticəsində Hizbullah döyüşçüsü Əli Kamil Möhsünün şəhid olmasından sonra, Hizbullahın qisas almasından qorxaraq, İsrail rejiminin ordusu hazır vəziyyət gəlib. Seyid Həsən Nəsrullah ötən həftə etdiyi çıxışında, bu cinayətin cavabının mütləq veriləcəyini və sözsüz Hizbullahın tam qətiyyətli olduğunu bildirib. Yeganə sual bu cavabın nə vaxt veriləcəyi ilə bağlıdır. Hizbullah baş katibinin fikrincə, İsrail rejiminin yaşasığı qorxu, özü cəzanın bir növüdür.

Teqlər

Şərhlər