Noy 20, 2020 16:30 Asia/Baku
  • Lavrov və Şoyqu Ermənistana gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Ermənistana səfər edəcək.

SəhərAzəri Axar-a istinadla xəbər verir ki, səfər 21 noyabr tarixində baş tutacaq. Səfərin gündəliyi hələ ki, açıqlanmayıb, lakin onların Baş nazir Nikol Paşinyanla görüş planlaşdırdığı məlumdur.

Nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk və Rusiya Federasiyasının iqtisadiyyat naziri Alexander Novak da daxildir. Heyət Ermənistanda bir neçə saat qalacaq.

Teqlər

Şərhlər