Jul 11, 2018 12:13 Asia/Baku
  • Ərdoğan: Kipr Türkiyənin milli məsələsidir
    Ərdoğan: Kipr Türkiyənin milli məsələsidir

Türkiyə prezidenti Kiprin türk sakinli bölməsinə səfər edərək, bu məntəqədə sülh və sabitliyin bərqərarı üçün ədalətli və davamlı həll yolunun tapılmasına təkid edib.

Rəcəb Tayyib Ərdoğan dünən gecə Kiprin türk sakinli bölməsinin başçısı Mustafa Akıncı ilə birgə mətbuat konfransında deyib ki, Kiprin türk əhalisinin siyasi dalanın qurbanı olmasına heç bir vəchlə yol verməyəcəkdir.

Aralıq dənizində yerləşən Kipr adası 1974-cü ildə Afina ilə Ankara arasında yaranmış ixtilafın ardınca və iki ölkə arasındakı hərbi döyşlərdən sonra türk və roma-yunan sakinli iki şimal və cənub hissələrinə parçalandı.

Kiprin cənub və yunan sakinli bölməsi müstəqil bir ölkə kimi BMT tərəfindən rəsmi şəkildə tanınaraq, Avropa Birliyinə üzvdür. Kipr adasının türk sakinli şimal hissəsi isə təkcə Türkiyə tərəfindən bir ölkə kimi rəsmi şəkildə tanınıbdır.

1974-cü ildən bəri BMT-nin və digər beynəlxalq təşkilatların Afina ilə Ankara arasındakı ixtilaflardan və əsas problemlərdən sayılan Kipr məsələsinin həlli, həmçinin bu adanın iki hissəsinin yenidən birləşməsi üzrə bütün səyləri dalana dirənibdir.

Teqlər

Şərhlər