Jan 10, 2019 10:41 Asia/Baku
  • Türkiyə XİN rəhbəri İranın Suriya böhranının həllindəki önli rolunu vurğulayıb

Türkiyə xarici işlər naziri İran İslam Respublikasının Suriya böhranının həlli üzrə rolunun önəmli olduğunu vurğulayıb.

İRİB-in verdiyi məlumata görə, Movlud Çavuşoğlu dünən Türkiyənin xarici siyasətinin yekunları barədə hesabat verərkən deyib: İran Suriyada əsas oyunçudur və Ankara Tehranla davamlı təmasdadır. 

Türkiyə XİN rəhbəri Suriya böhranının həllinin siyasi yolla mümkün oldğunu bildirərək deyib: Ankara bu sahədə səylərini davam etdirir.

Mövlud Çavuşoğlu həmçinin Yəmən böhranı barədə də deyib: Yəmən böhranının həlli Ankara üçün 2019-cu ildə də prioritet təşkil edir və bu böhran siyasi yolla müzakirələr vasitəsi ilə həll olunmalıdır. 

Teqlər

Şərhlər