Mar 25, 2019 10:58 Asia/Baku
  • Ərdoğan bir daha Trampın Qolan barəsindəki sözlərinə reaksiya verib
    Ərdoğan bir daha Trampın Qolan barəsindəki sözlərinə reaksiya verib

Türkiyə prezidenti bir daha ABŞ prezidentinin sionist rejimin Suriyanın işğal olunmuş Qolan məntəqəsinə hakimiyyəti barədəki təhrikedici sözlərinə reaksiyada deyib ki, Ankara bu məsələni BMT-də qaldıracaq.

Rəcəb Tayyıb Ərdoğan dünən, özünün bu qərarından xəbər verdi.

Türkiyə prezidenti İslam Əməkdaşlığı Təşkilatının son növbədənkənar İstanbul iclasında da belə demişdi: Donald Trampın Suriyanın işğal olunmuş Qolan məntəqəsi barədəki bu sözləri Yaxın Şərq regionunu yeni bir böhran qarşısında qoyacaq və Ankara Qolanın sionist rejim tərəfindən işğalına legitimliyin verilməsinə icazə verməyəcəkdir.

Sionist medialar dünən bildirdilər ki, Donald Tramp Qolanın sionist rejimin hakimiyyəti altına keçməsini bu gün- bazar ertəsi günü rəsmi surətdə tanımalıdır.

Ərdoğanın Suriyanın işğal olunmuş Qolan məntəqəsi barədəki qeyd olunan sözləri də məhz bu məlumatdan sonra söylənibdir.

Türkiyə prezidenti Ankaranın Rusiyadan "S-400" raket müdafiə sisteminin satın alınması üzrə planı barədə də deyib ki, Amerikanın bütün təhdidlərinə rəğmən, Türkiyə bu sistemin satın alınması fikrindən daşınmayacaqdır.

Teqlər

Şərhlər