May 07, 2019 13:36 Asia/Baku
  • İstanbul bələdiyyə seçkilərinin nəticəsi ləğv edildi
    İstanbul bələdiyyə seçkilərinin nəticəsi ləğv edildi

Türkiyənin Ali Seçki Şurası İstanbul bələdiyyə seçkilərinin nəticəsini ləğv etdi.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Türkiyənin Ali Seçki Şurası bazar ertəsi günü bir bildiriş yayaraq, İstanbul bələdiyyə seçkilərinin nəticəsinin ləğv olunduğunu və 23 iyul tarixində yenidən seçkilərin keçiriləcəyini açıqladı. 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədr müavini isə bunun ardınca verdiyi açıqlamada dedi: Hakim partiyanın İstanbulda seçkilərin yenidən keçirilməsinə dair qərarı diktatura və xalqın iradəsinə qarşı çıxmaq deməkdir. 

31 mart tarixində Türkiyədə keçirilən bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının namizədi 29 min səs fərqi ilə qələbə çalmışdı. Bunun ardınca hakim partiya səslərin yenidən sayılmasını istədi. Səslərin yenidən sayılması və səs fərqinin 13 minə azalmasına baxmayaraq, CHP-nin nümayəndəsi İmamoğlu İstanbul valisi elan edildi. 

Əkrəm İmamoğlunun İstanbulun valisi elan edilməsinin ardınca hakim Ədalət və İnkişaf Partiyası və Millətçi Hərəkatı Partiyası seçkilərdə saxtakarlığa yol verilməsi iddiası ilə seçkilərin nəticəsinin ləğv edilməsini istədilər. 

Şərhlər