May 13, 2019 11:28 Asia/Baku
  • İstanbul seçkiləri namizədlərindən biri kənara çəkilib
    İstanbul seçkiləri namizədlərindən biri kənara çəkilib

Türkiyədə Demokratik Sol Partiyasının namizədi CHP namizədinin xeyrinə İstanbul bələdiyyə seçkilərində iştirakdan vaz keçib.

Cümhuriyyət Xalq Partiyasının İstanbul bələdiyyə seçkilərinə namizədi Əkrəm İmamoğlu bu seçkilərdə Ədalət və İnkişaf Partiyasının namizədi ilə rəqabət aparacaq. Əlaləm telekanalının müxbiri Ubəydə Əbdulfəttah İstanbul bələdiyyə seçkilərinin nəticələrinin ləğvini yaratmış siyasi və iqtisadi tufana işarə edərək, əlavə edib: Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu İstanbul bələdiyyə seçkiləri nəticələrinin ləğvindən sonra xalqdan istəyibdir ki, təkrar İstanbul bələdiyyə seçkilərində iştirak edərək, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğana və onun partiyasına əməlli-başlı demokratiya dərsi versin.

Türkiyə hökumətinin müxalifləri də bu hədəfə nail olmaq üzrə öz səylərinə başlayıblar. Elə bu əsasda Demokratik Sol Partiyasının namizədi Muəmmər Aydın bu seçkilərdə iştirakdan vaz keçdiyini bildirib və İmamoğlunun xeyrinə kənara çəkilibdir.

Qarşı cəbhədə də Türkiyədə hakim partiya olan Ədalət və İnkişaf Partiyasının namizədi Binalı Yıldırım qarşıdakı İstanbul bələdiyyə seçkilərində xalqın səsini cəlb etmək məqsədilə xalqa həyəcanlandırıcı vədlər verib və üzərinə öhdəlik götürübdür ki, seçkilərdə qalib gələcəyi təqdirdə İstanbulu nümunəvi bir meyara çevirəcəkdir. Belə bir halda, İstanbul əhalisindən minlərlə nəfər bu şəhər küçələrində aksiya keçirərək, seçkilərin nəticələrinin ləğvinə etiraz edib və beləliklə Türkiyədə demokratiyanın gələcəyindən olan nigarançılığını göstəribdir.

Şərhlər