Aug 24, 2019 18:51 Asia/Baku
  • Türkiyəyə
    Türkiyəyə "Patriot" satışı təklifi geri götürülüb

Amerika hökuməti Türkiyəyə "Patriot" zenit raket sisteminin satışına dair təklifindən vaz keçib.

Bir ABŞ rəsmisi CNN telekanalına deyib: Amerika hökuməti rəsmi şəkildə Türkiyəyə "Patriot" zenit raket sisteminin satışına dair təklifindən vaz keçib.

CNN telekanalının adını çəkmədiyi bu ABŞ rəsmisi əlavə edib: Dəfələrlə Türkiyəyə bildirmişdik ki, S-400 raket sistemini satın alacağı təqdirdə, "Patriot" zenit raket sisteminin satışından çəkinəcəyik və hazırda da bizim Türkiyəyə təklif möhlətimiz başa çatıbdır.

Amerika Rusiyadan S-400 raket sistemini satın aldığına görə, Türkiyəni F-35 qırıcılarının istehsalı proqramından da kənara qoyubdur.

Teqlər

Şərhlər