Sep 26, 2019 19:43 Asia/Baku
  • İstanbulda zəlzələ olub
    İstanbulda zəlzələ olub

Türkiyənin İstanbul şəhərində rixter şkalası ilə 5,8 bal gücündə yeraltı təkan baş verib. Səkkiz nəfər bədən xəsarəti alıb.

Episentri İstanbul şəhərinin Silivri bölgəsinin sahillərində, Mərmərə dənizinin yeddi kilometr dərinliyində yerləşən bu yeraltı təkan nəticəsində şəhərdəki bəzi məktəb və xəstəxanalar çatların əmələ gəlməsi səbəbindən boşaldılıb. İnsanlar vahimə içində küçələrə axışıblar.

Bu zəlzələdən sonra 28 kiçik yeraltı təkan baş verib. İnternet və rabitə xətləri də kəsilibdir.

Səksən yardım qrupu İstanbulda zəlzələnin baş verdiyi bölgələrə göndərilib.

İstanbulda baş vermiş güclü zəlzələ nəticəsində məscidlərdən birinin minarəsi dağılıb.

Şərhlər