Türkiyənin Suriyanın şimalına təcavüzü BMT Nizamnaməsinin aşkar şəkildə pozulmasıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i351169-türkiyənin_suriyanın_şimalına_təcavüzü_bmt_nizamnaməsinin_aşkar_şəkildə_pozulmasıdır
Suriyanın BMT-dəki daimi nümayəndəsi Türkiyənin Suriyanın şimalına təcavüzünü BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Astana anlaşmalarının açıq şəkildə pozulması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2019 07:16 Asia/Baku
  • Türkiyənin Suriyanın şimalına təcavüzü BMT Nizamnaməsinin aşkar şəkildə pozulmasıdır
    Türkiyənin Suriyanın şimalına təcavüzü BMT Nizamnaməsinin aşkar şəkildə pozulmasıdır

Suriyanın BMT-dəki daimi nümayəndəsi Türkiyənin Suriyanın şimalına təcavüzünü BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Astana anlaşmalarının açıq şəkildə pozulması adlandırıb.

Bəşşar əl-Cəfəri BMT Təhlükəsizlik Şurasının Suriya barədə keçirilən iclasında Türkiyənin Suriyanın şimalına təcavüzünü pisləyib. Qeyd edib ki, Dəməşq heç vaxt Türkiyənin Suriya ərazisinə təcavüz üzrə əsaslandırmasını qəbul etməyəcək.

Suriyanın BMT-dəki daimi nümayəndəsi deyib: Türkiyə hökuməti on altıncı gün dalbadal Suriya torpaqlarına təcavüzünü davam etdirir. Türkiyənin bu addımı BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri, Astana müzakirələri və Soçi konfransının nəticələrinin açıq şəkildə pozulması sayılır.