Oct 30, 2019 09:16 Asia/Baku
  • Ankara ABŞ konqresmenlərinin anti-Türkiyə qətnamələrini pisləyib

Türkiyənin xarici işlər nazirliyi bu gün səhər ABŞ konqresinin nümayəndələr palatasının həmin ölkəyə qarşı sanksiya tətbiq etmək qərarını pisləyib.

Türkiyə həmçinin osmanlı dövləti tərəfindən ermənilərin genosidi məsələsinin ABŞ konqresinin nümayəndələr palatası tərəfindən rəsmən tanınmasını rədd edib.

ABŞ konqresinin nümayəndələr palatası çərşənbə axşamı günü Türkiyənin Suriyanın şimalına təcavüzünə reaksiyada iki anti-Türkiyə qətnaməsinin lehinə səs verdi.

ABŞ konqresinin nümayəndələr palatası öncə bir səsvermədə ermənilərin 1915-ci ildə oslmanlı imperiyası tərəfindən qırğın edilmələrini bir soyqırımı kimi rəsmən tanıyıb.

Bu qətnamə ABŞ konqresinin nümayəndələr palatasında üç əleyhinə səs qarşılığında 305 lehinə səslə qəbul olunub.

ABŞ konqresinin nümayəndələr palatası ikinci səsvermədə də 16 əleyhinə səs qarşılığında 406 lehinə səslə bir qətnamə qəbul edib. Bu qətnamədə palata bu ölkə prezidenti Donald Trampdan Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyi istəyir.

 

Teqlər

Şərhlər