Nov 12, 2019 08:46 Asia/Baku
  • Türkiyə AB-nın Ankaraya qarşı sanksiyalarına reaksiya verib
    Türkiyə AB-nın Ankaraya qarşı sanksiyalarına reaksiya verib

Türkiyənin xarici işlər naziri Avropa Birliyinin onun ölkəsinə qarşı sanksiyalarına cavab olaraq deyib ki, Ankara bu kimi təzyiq və təhdidlərə təslim olmayacaqdır.

Mövlud Çavuşoğlu Avropa Birliyinin onun ölkəsinə qarşı sanksiyalarını faydasız adlandırıb. Vurğulayıb ki, Ankara Aralıq dənizinin şərqindəki kəşfiyyat fəaliyyətlərini davam etdirmək üzrə əzmkarlığını elan edir.

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri dünən keçirdikləri iclasda Türkiyə rəsmilərinin səfərlərinin qadağan olunması və onların maliyyələrinin dondurulmasına öz razılıqlarını elan ediblər. Avropa Birliyinin Türkiyəyə qarşı iqtisadi sanksiyalarına səbəb, Ankaranın Kipr sahillərində kəşfiyyat qazıntıları aparması elan olunubdur.

Avropa İttifaqı bundan öncə bu məsələ ilə bağlı Türkiyəyə silah satışını dayandırmışdı. Türkiyə deyir ki, qazıntı əməliyyatlarını öz yaylasında və ya hüquqlara malik olan türk mənşəli kiprlilərin bölgələrində həyata keçiribdir.

Türkiyə son zamanlar Aralıq dənizinin şərqində qaz kəşfiyyatı fəaliyyətləri üçün özünün ikinci qazıntı gəmisini Kipr adasının sahillərinə göndəribdir.

Aralıq dənizində yerləşən Kipr adası 1974-cü ildə Yunanıstan ilə Türkiyə arasında ixtilafın baş verməsindən və iki ölkə arasındakı hərbi döyüşlərdən sonra türk və yunan sakinli iki hissəyə ayrıldı.

Kiprin cənub və yunansakinli hissəsi müstəqil bir ölkə kimi BMT tərəfindən rəsmi şəkildə tanınıb, amma Kipr adasının türksakinli şimal hissəsi yalnız Türkiyə tərəfindən bir ölkə kimi rəsmən tanınıbdır.

 

Teqlər

Şərhlər