Türkiyə prezidenti Avropada liderlik böhranına təkid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i353793-türkiyə_prezidenti_avropada_liderlik_böhranına_təkid_edib
Türkiyə prezidenti Avropada liderlik böhranının mövcud olması haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2019 05:44 Asia/Baku
  • Türkiyə prezidenti Avropada liderlik böhranına təkid edib

Türkiyə prezidenti Avropada liderlik böhranının mövcud olması haqda xəbərdarlıq edib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan vurğulayıb ki, Avropa rəhbərlik böhranı ilə üzləşir. O, deyib ki, Avropanın hazırkı rəhbərlərinin bir-birilərilə həmkarlıq üçün stimulları yoxdur.

O, qeyd edib ki, Almaniyanın sabiq kansleri Gerhard Şruder ilhamverici bir lider idi. Ərdoğan əlavə edib: Bu qitə hazırda belə bir liderin yoxluğu ilə üzləşir.

Türkiyə prezidenti onu da qeyd edib ki, Almaniyanın hazırkı kansleri Angela Merkel Şruderin irəli sürdüyü islahatları davam etdirdi, amma Avropanın hazırkı rəhbərlərinin əməkdaşlığa meylləri yoxdur.