Dek 13, 2019 11:48 Asia/Baku
  • Türkiyə və Ermənistan ABŞ senatının erməni genosidini rəsmən tanımasına reaksiya veriblər
    Türkiyə və Ermənistan ABŞ senatının erməni genosidini rəsmən tanımasına reaksiya veriblər

Türkiyə prezident aparatı və Ermənistanın baş naziri erməni genosidinin ABŞ senatı tərəfindən rəsmən tanınmasına fərqli reaksiyalar veriblər.

Türkiyə prezident aparatının sözçüsü İbrahim Kalın bu gün səhər osmanlı imperiyası tərəfindən ermənilərin qırğın edilmələrinə dair genosidin rəsmən tanınması barədə Amerika senatında qətnamənin qəbul edilməsini pisləyib. Bilidirib ki, bu mənasız addım heç bir siyasi, iqtisadi və hərbi sahədə Türkiyənin haqlı və qətiyyətli mövqelərinə təsir göstərməyəcək.

İbrahim Kalın ABŞ senatınn bu hərəkətini “siyasi maraqlar əldə etmək üçün tarixin qeyri-düzgün dərki” adlandırıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bir tvitter mesajında ABŞ senatının bu qətnaməsini “siyasi nümayiş” adlandırıb və belə deyib: Bu qətnamə qanuni cəhətdən icbari və heç bir vəchlə etibarlı deyildir.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan osmanlı imperiyası tərəfindən ermənilərin qırğın edilmələrinə dair genosidi rəsmən tanımasına görə, Amerika senatına minnətdarlıq edib və bu addımı “ədalət və həqiqətin qələbəsi” adlandırıb.

ABŞ senatı dünən gecə osmanlı dövrünə təsadüf edən 1915-ci il erməni genosidini rəsmən tanıyıb. Amerika prezidenti Donald Trampın bu məsələni təsdiq və ya veto etmək üçün maksimum on gün fürsəti var.

Türkiyə, ermənilərin sözlərinə görə, bir milyon 500 min nəfərin ölümü ilə nəticələnən 1915-ci ildə ermənilərə qarşı icbari sürgün, həbs və qırğının soyqırım olmasını şiddətlə təkzib edir.

 

 

Şərhlər