Dek 13, 2019 19:19 Asia/Baku
  • Əbu-Dəbi vəliəhdinin fələstinli müşavirinin adı Türkiyənin qırmızı siyahısında
    Əbu-Dəbi vəliəhdinin fələstinli müşavirinin adı Türkiyənin qırmızı siyahısında

Türkiyənin daxili işlər nazirliyi Əbu-Dəbi vəliəhdi Muhəmməd bin Zaid Ali-Nəhyanın fələstinli müşaviri Muhəmməd Dəhlanın adını terrorizmin qırmızı sıyahısına salıb.

Türkiyənin daxili işlər nazirliyi bu gün bildirib ki, Muhəmməd Dəhlanın həbsi ilə nəticələnəcək informasiya üçün bir milyon 730 min dollar dəyərində mükafat ayrılacaq.

Türkiyə hökuməti Dəhlanı onda ittiham edibdir ki, əmirliklərin muzdurudur və 2016-cı ildə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğana qarşı uğursuz çevriliş üzrə səy bildiyi məsələdə iştirak edibdir.

Fəth fələstinli hərəkatı 2011-ci ilin iyununda Muhəmməd Dəhlanı bu hərəkata xəyanət ittihamı ilə öz sıralarından çıxardı.

Fələstinli məhkəmə də 2016-cı ildə Dəhlanı korrupsiya ittihamı ilə üç il həbsə və 16 milyon dollar cərimə ödəməyə məhkum etdi.

Teqlər

Şərhlər