Fev 28, 2020 09:10 Asia/Baku
  • İdlibdə onlarla Türkiyə hərbçisi öldürülüb
    İdlibdə onlarla Türkiyə hərbçisi öldürülüb

Türkiyə ordusu qüvvələrindən onlarla nəfər onların bir hərbi karvanının İdlib vilayətinin Cəbəl Əlzaviyyə bölgəsində hədəfə alınması gedişində ölüb və yaralanıb.

Əlməyadin telekanalının məlumatına görə, İngiltərədə yerləşən Suriya insan haqları gözətçisi adlı qrup bildirib ki, Türkiyə ordusu karavanının qeyd olunan bölgədə hədəfə alındığı hava hücumunda bu ölkənin azı 28 hərbçisi öldürülüb.

İdlibdə silahlı terrorçuların koordinasiya mərkəzi bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri Əlreyhaniyyə xəstəxanasının ətrafında bir təhlükəsizlik qurşağı yaradıblar.

Türkiyənin sosial şəbəkələri İdlibdəki döyüşlər zamanı ölüb və yaralanmış bu ölkə ordusunun onlarla hərbçisinin Türkiyənin daxilinə köçürülməsindən xəbər veriblər.

Əlməyadin telekanalı Dəməşqdəki müxbirinə istinadla xəbər verib ki, Türkiyə ordusunun dörd vertolyotu özünün Suriyanın İdlib bölgəsindəki ölüləri və yaralılarının köçürülməsi üçün bu ölkənin hava məkanına daxil olubdur.

Şərhlər