Mart 23, 2020 10:04 Asia/Baku
  • Türkiyədə daha 9 nəfər koronavirusdan dünyasını dəyişib
    Türkiyədə daha 9 nəfər koronavirusdan dünyasını dəyişib

“Türkiyədə son bir gündə koronavirusdan 9 nəfər həyatını itirib, daha 289 nəfərdə isə koronavirus aşkarlanıb”.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 30-a çatıb. Ölkə üzrə virusa ümumilikdə 1256 nəfər yoluxub. 

Türkiyə 107 ölkəyə aviauçuşları dayandırıb.

Hazırda THY uçuşların 85 faizini dayandırıb, yalnız məhdudlaşdırılmış şəkildə kargo fəaliyyətiylə məşğuldur.

Türkiyədə bütün əyləncə məkanları da müvəqqti olaraq bağlanıb.

Türkiyədə saxta dərmanı koronovirusa (COVID-19) əlac kimi reklam edən tanınmışlar ittiham olunacaq. 

TÜRKİYƏDƏ DAHA 9 NƏFƏR COVID-19-DAN DÜNYASINI DƏYİŞİB

Şərhlər