Sen 13, 2020 11:56 Asia/Baku
  • Ərdoğan: “Makron hətta Fransanın tarixini bilmir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu avamlıqda ittiham edib.

Səhər Azəri bildirir ki, Türkiyə prezidenti Makronun hətta, Fransa tarixini belə bilmədiyini deyib. 

Ərdoğan Fransa prezidentinə xitabən deyib: "Sən tarixi bilmirsən. Hətta Fransanın özünün tarixini bilmirsən. Sən Türkiyəyə tarix öyrədə bilməzsən."

Türkiyə prezidenti daha sonra Makronun "bizim Türkiyə xalqı ilə problemimiz yoxdur, bizim problemimiz Ərdoğan hökumət ilədir" sözünə də reaksiya verib: "Cənab Makron sənin şəxsimlə hələ çox problemin olacaq."

Ərdoğan çıxışının davamında Makronun prezidentlik dövrünün başa çatmasına da az qaldığını xatırladıb: "Sənin vaxtına az qalıb. Sən gedər ayaqdasan."

 

Teqlər

Şərhlər