Sen 18, 2020 12:05 Asia/Baku
  • Ankara AB-nin Türkiyəyə qarşı yeni qərarına reaksiya verib

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Birliyinin Ankaranın Şərqi Aralıq dənizindəki mövqeyinə qarşı son qərarını qeyri-icbari və qeyri-real adlandırıb.

SəhərAzəri xəbər verir, Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda avropalı tərəflərin Ankaranın Şərqi Aralıq dənizindəki son hərəkətləri barədəki mövqelərilə bağlı xəbərdarlıq edərək, bildirib ki, nə Avropa Birliyinin, nə də ki, bu orqanın heç bir üzvünün Türkiyə üçün sərhəd və həddi-hüdud təyin etməyə ixtiyarı yoxdur.

Nazirliyin bəyanatında deyilir ki, Avropa Birliyinin son qərarı bu birliyə üzv bəzi ölkələrin maraqları istiqamətindədir.

Son zamanlar Avropa Birliyinin təhlükəsizlik siyasəti və xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrel Türkiyənin Şərqi Aralıq dənizindəki  hərəkətlərini təkvektorlu hərəkətlər adlandırmış və Ankaraya qarşı bir sanksiya paketinin işlənib hazırlanmasından xəbər vermişdi.

Türkiyənin hərəkətləri və fəaliyyətləri ilə mübarizə və çəkişmələr Ankaranın Aralıq dənizində iri bir qaz yatağı kəşf etdiyini bildirməsindən sonra artıbdır. Afina da iddia edibdir ki, bu qaz yatağı Yunanıstanın sərhədləri daxilindədir. Afina Avropa Birliyindən istəyibdir ki, Türkiyənin hərəkətləri qarşısında mövqe tutsun.

Türkiyə Yunanıstanın Aralıq dənizindəki qaz yatağı ilə bağlı mövqeyini rədd edibdir.

Teqlər

Şərhlər