Okt 18, 2020 00:08 Asia/Baku
  • Türkiyədə Covid-19-la bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 71 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 112 131 şübhəli koronavirus testindən keçib, onlardan 1 723-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1 428 nəfər olub, 1 401 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 345 678  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9 224 nəfər ölüb.

Image Caption

 

Teqlər

Şərhlər