Okt 30, 2020 12:34 Asia/Baku
  • Türkiyə Fransadakı bıçaqlı hücumu qınayıb

Türkiyə Fransanın Nitsa şəhərində təşkil edilən və üç nəfərin həyatını itirdiyi bıçaqlı hücumu qınayıb.

 

SəhərAzəri Anadolu xəbər agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Fransanın Nitsa şəhərindəki Notr-Dam kilsəsi daxilində təşkil edilən hücumun kəskin şəkildə qınandığı ifadə edilib.

Nazirliyin açıqlamasında deyilib: "Hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı veririk, yaralananlara təcili şəfa diləyirik. Heç bir səbəb bir insanın öldürülməsinə və ya zorakılığa haqq qazandıra bilməz. Müqəddəs bir ibadətgahda bu cür vəhşicəsinə hücum təşkil edənlərin dini, humanitar və əxlaqi dəyərlərdən xəbərləri olmadığı aydındır".

 Açıqlamada, xüsusilə Nitsa şəhər sakinləri başda olmaqla fransız xalqı ilə terror və zorakılığa qarşı həmrəylik ifadə olunub.

İran İslam Respublikası da Fransanın Nitsa şəhərindəki Notr-Dam kilsəsində törədilən terror aktını qınayıb.

Qeyd edək ki, Fransanın Nitsa şəhərində həyata keçirilən bıçaqlı hücumda 3 nəfər ölüb, çox sayda adam yaralanıb.

 

Teqlər

Şərhlər