Noy 21, 2020 23:03 Asia/Baku
  • Türkiyədə son sutkada 5 532 nəfərdə COVID-19 aşkarlanıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 135 nəfər ölüb.

SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saat ərzində 152 214 şübhəli koronavirus testindən keçib, onlardan 5 532-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 4 121 nəfər olub, 3 233 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 440 805  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 12 min 219 nəfər ölüb.

Image Caption

 

Teqlər

Şərhlər