Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb
May 29, 2020 20:30 Asia/Baku
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 28 nəfər ölüb.
SəhərAzəri APA-ya istinadla xəbər verir; bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan1141-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub.
Bu gün 1594 xəstə evə buraxılıb.