Türkiyə vətəndaşının şəhadət əməliyyatına HƏMAS-dan reaksiya:
“Türk qəhrəmanı Həsən Saklanan Fələstin şəhididir”
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Türkiyə vətəndaşının işğal olunmuş ərazilərdə şəhadət əməliyyatına reaksiya verib.
Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, HƏMAS-ın siyasi ofisinin üzvü İzzat ər-Rəşq deyib: “Bu gün qəhrəmancasına şəhid olan türk qəhrəmanı Həsən Saklanan Fələstin, Qəzzə, Qüds və Əl-Əqsa məscidinin şəhididir”.
O əlavə edib: “Biz bir bədən, bir qan və bir idealdan olan ümmətik, bizə qənim kəsilmiş bir düşmənimiz var. Ona görə də sionist düşməndən gələn təhlükə hamımızı təhdid edir və biz bütün imkanlarımızla ona qarşı mübarizə aparmalıyıq”.
Xatırladaq ki, sionist İsrail rejiminin polisi bəyanat yayaraq, işğal altındakı Qüdsdə türk turistin israilli polisə soyuq silahla hücum etdiyini açıqlayıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İsrail təhlükəsizlik qüvvələri bu turistə atəş açaraq onu şəhid ediblər.
Bu məlumata görə, sözü gedən türk turist İordaniya vasitəsilə işğal olunmuş ərazilərə daxil olaraq dünən Məscidül-Əqsada günorta namazını qılıb, daha sonra şəhadət əməliyyatını həyata keçirib.