İyul 23, 2017 15:18 Asia/Baku

İRANIN İKİ GƏMİSİ BAKI LİMANINA YAN ALIB

Verilişin müddəti : 00:02:15

Tarix : 2017/07/23

 

-----------------------------------------------------------------------------------------

İranın iki gəmisi Bakı limanına yan alıb

 

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Cövşən" və "Peykan" raket katerləri 2017 Dəniz Kubokunda iştirak etmək məqsədilə bu gün Azərbaycan ordusu Hərbi Dəniz Qüvvələrinin rəsmilərinin qarşılaması ilə Bakı limanına yan alıb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, 2017 Dəniz Kubokuna ezam olunan İran komandasının rəhbəri kapitan Seyid Mahmud Amuzeş deyib: Rusiya Dəniz Kubokunun bir hissəsi Azərbaycanın ev sahibliyi ilə Xəzər dənizində keçiriləcək. İran komandası Rusiya, Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri ilə 6 atəş növündə, hava, quru atəşləri, dənizdə kiçik gəmilərə atəş açmaq, kəşfiyyat  və xilas əməliyyatı, xəsarətlərə nəzarət üzrə yarışacaqdır. 

Əsas təşkilatçısı rusiya olan 2017 Dünya Orduları Kuboku bu ilk ilk dəfədir ki, Azərbaycanda keçirilir. 

Azərbaycan ordusu Hərbi Dəniz Qüvvələrinin rəisi Şahin Məmmədov da bu barədə deyib: Bu ilk ilk dəfə olaraq bu yarışların bir hissəsinə ev sahibliyi edirik. 1 avqustdan 15 gün müddətinə kubokun bir hissəsi dənizdə, bir hissəsi isə sahildə keçiriləcək və onun daha yüksək şəkildə keçirilməsi üçün lazımi şərait yaradılıb. 

Kubokun keçirildiyi müddətdə hərbi dəniz yarışları hissəsində iştirak edən dörd ölkənin hərbi dəniz qüvvələrinin iştirakı ilə əlavə proqramlar da nəzərdə tutulub. 

Dostluq əlaqələrinin möhkəmləndirilməsi, sülh və dostluğun gücləndirilməsi bu beynəlxalq kubokun keçirilməsinin məqsədlərindəndir. 

Qeyd edək ki, 2016-cı il Dünya Kubokunda 11 ölkədən 57 komanda iştirak edirdi. İran İslam Respublikasının hərbi dalğıc heyəti döyüş yarışlarında müxtəlif mərhələləri uğurla keçdikdən sonra kubokda ikinci yeri tutmuşdu.

 

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news/az%C9%99rbaycan-i277190-%C4%B0ran%C4%B1n_iki_g%C9%99misi_bak%C4%B1_liman%C4%B1na_yan_al%C4%B1b

Teqlər