Sen 09, 2018 22:43 Asia/Baku
  • İraq prezidenti İran konsulluğuna hücum edənlərin cəzalandırılmasını istəyib
    İraq prezidenti İran konsulluğuna hücum edənlərin cəzalandırılmasını istəyib

İraq prezidenti Fuad Məsum dünən gecə bir bəyanatda İranın Bəsrədəki konsulluğuna hücumu pisləyərək bu barədə dərhal araşdırmaların aparılması, hücum amillərinin müəyyənləşdirilməsi və onlara qarşı qanuni ölçü götürülməsinə çağırıb.

İRİB-in verdiyi məlumata görə, Fuad Məsum bu bəyanatda həmçinin İran İslam Respublikası ilə İraq arasındakı dost əlaqələrin qorunub-saxlanılmasına təkid edib, iki xalq və dövlət arasında əlaqələrin genişləndirilməsinə çağırıb. 

Cümə günü bir qrup İİR-nin Bəsrədəki konsulluğuna hücum edərək konsulluq binasını yandırdı. 

Hadisədən sonra İİR XİN İraqın Tehrandakı səfirinə etiraz notası verdi. 

İraqın Xarici İşlər Nazirliyi isə bir bəyanatda Bəsrə olaylarını pisləyərək mərkəzi hökumətdən və yerli rəsmilərdən diplomatik binaları mühafizəni gücləndirmələrini istədi. 

Eyni zamanda Bəsrədə etiraz aksiyalarını keçirənlər bir bəyanat yayaraq xalq etirazlarından iğtişaşçıların su-istifadəsini pislədilər və bildirdilər ki, iğtişaşçılar buraxılmış bəs partiyası və İŞİD terror qrupu ilə əlaqədə olublar. 

Teqlər