Fev 14, 2020 17:10 Asia/Baku
  • Əli Əhmədov: Bir neçə nəfərin qanunsuz aksiyası beynəlxalq rəyi dəyişdirməyəcək
    Əli Əhmədov: Bir neçə nəfərin qanunsuz aksiyası beynəlxalq rəyi dəyişdirməyəcək

Bir neçə nəfərin qanunsuz mitinq və aksiyalar keçirmək cəhdləri seçki ilə əlaqədar beynəlxalq təşkilatların rəyini dəyişdirə bilməz. Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri radikal müxalifəti ciddi şəkildə sarsıtdı.

Bunu Baş nazirin müavini bildirib ki, radikal müxalifət partiyaları seçkilərdə iştirak etməkdən imtina etdilər və guya öz aləmlərində bunu boykot kimi xarakterizə etməyə çalışdılar: “Amma əsl həqiqət bundan ibarətdir ki, Azərbaycan cəmiyyətində hər hansı bir dəstəyinin olmadığını onların özləri də dərk edirlər və təbii ki, ictimai dəstək olmadığı halda seçkilərdə iştirak etmək real nəticə verməyəcək.”

 

Teqlər