May 24, 2015 19:21 Asia/Baku
  • Səhərin misiyası
    Səhərin misiyası

İran İslam Respublikası Teleradio Təşkilatının Səhər telekanalının müdiri deyib: Səhər kanalı islam inqilabının müraciətinin çatdırılması zərurətini nəzərə alaraq İranın sərhəd aşırı ilk televiziyası olaraq yaradılmışdır.

Səhər televiziyasının müdiri Əlirza Süleymani zadə bu gün Azərbaycan dilində yayımlanan verilişlərin sutkalıq yayıma keçməsi münasibəti ilə keçirilən mərasimdə deyib: Səhər televiziyası 2011-ci ildə verilişlərinin müddətini 44 saata çatdırdı, ötən il noyabr ayında isə bu telekanal 3 ayrıca telekanala ayırıldı və efir vaxtı 72 saata qaldırıldı. Süleymani zadə Səhər televiziyasında 4 müstəqil telekanalın yaradılmasına imkan olduğunu vurğulayaraq deyib: Bu gün Səhər tv 6 peyk vasitəsi ilə yayımlanmaqdadır və həyata keçirilən tədbirlər nəticəsində Səhərin yayımlandığı peyklərin sayı artırılacaq. Səhər televiziyasının müdiri deyib: İslami mədəniyyət və mentalitet əsasında həyat tərzinin təqdimi İran İslam Respublikası Teleradio Təşkilatının əsas məqsədlərindən birini təşkil edir.

Teqlər