May 30, 2015 17:44 Asia/Baku
  • General Cəzayeri: İranın inkişafı böyük qüdrətlər üçün qəbuledilməzdir
    General Cəzayeri: İranın inkişafı böyük qüdrətlər üçün qəbuledilməzdir

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini deyib: İranın abadlığı, inkişafı və çiçəklənməsi dünyanın böyük qüdrətləri üçün qəbuledilməzdir.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, general Məsud Cəzayeri şənbə günü Tehranda keçirilən "Əsgər Gənc " festivalında hegemonçuluq quruluşunun İran İslam Respublikası quruluşuna zərbə vurmaq üzrə səylərinə işarə edərək, deyib: Gənclərin ölkənin abadlıq, inkişaf və çiçəklənməsi layihələrində iştirak etmələri İran İslam Respublikası quruluşu ilə düşmən olanları narahat və məyus edib.
General Cəzayeri əsgər gənclərin İran İslam Respublikasının hərbi-müdafiə qüdrətinin artırılmasındakı roluna işarə edərək, deyib: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında gənc əsgərlərin şəninə və mövqeyinə daha artıq diqqətin yetirilməsi üçün xüsusi bir komitə təsis edilib.

Teqlər