Noy 14, 2015 14:39 Asia/Baku
  • Tehran-Roma əlaqələrinin inkişafına şərait var
    Tehran-Roma əlaqələrinin inkişafına şərait var

İran İslam Respublikası prezidenti Tehran və Roma əlaqələrinin daim yaxşı olduğunu və hazırda ikitərəfli əlaqələrin inkişafı üçün münasib şəraitin yarandığını bildirib.

İran prezidenti Həsən Ruhani şənbə günü İtaliya baş naziri Mateo Renzi ilə telefon danışığında Parisdə törədilən terror aktlarına işarə edərək, terrorizm ilə mütəşəkkil və ahəngdar qaydada mübarizənin aparılmasına təkid edərək, Romaya olacaq səfərinin iki ölkə xarici işlər nazirlərinin ahəngdarlığı ilə daha uyğun bir zamanda baş tutacağını bildirib.
Ruhani terrorizm ilə mübarizədə əməkdaşlığın önəminə təkid edərək, indiyə kimi 17 min iranlının terrorçular tərəfindən şəhid edilməsini xatırladıb və deyib: terror fəaliyyətləri nifrət və dəhşət doğurur. Amma, aydın olan bir məsələ var. O da budur ki, terrorçular heç vaxt xalqlar və dövlətlərin iradəsi qarşısında uğur qazana və öz məqsədlərinə nail ola bilməyəcəklər.
İtaliyanın baş naziri Mateo Rentizi də bu telefon söhbətində ölkəsinin İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə hazır olduğunu deyərək, vurğulayıb: İtaliya İran prezidentinin bu ölkəyə olacaq səfərini gözləyir.
İtaliya baş naziri həmçinin, terrorizm ilə birgə mübarizəyə təkid edərək, deyib: İran İslam Respublikası terrorizm ilə mübarizədə mühüm rol oynayır.
İran prezidenti Həsən Ruhani bu gün səhər yüksək səviyyəli bir heyətin başında İtaliyaya və oradan da Fransaya səfər etməli idi. Lakin, Parisdə baş verən terror aktlarının ardınca bu səfər təxirə salındı.

Teqlər