Noy 26, 2015 09:39 Asia/Baku
  • Türkiyənin Rusiya əleyhinə hərəkəti böyük yanlışlıq idi
    Türkiyənin Rusiya əleyhinə hərəkəti böyük yanlışlıq idi

İran İslam Şurası Məclisinin sədri deyib: Türkiyənin Rusiya əleyhinə hərəkəti böyük yanlışlıq idi və Obamanın bu böyük yanlışlığı dəstəkləməsi regionda gərginliklərin artmasına kömək edir, qarşıdurmaları yüksək səviyyəyə qaldırır və nəticədə terrorçularla mübarizə unudulur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Laricani Lüksemburqun xarici işlər naziri Jean Asselbornla görüşdə deyib: Təəssüflər olsun ki, regionun bəzi ölkələri terror qruplaşmalarını dəstəkləməyə əl atırlar və düşünürlər ki, terrorizmdən vasitə kimi istifadə edə bilərlər. Lakin bu yanlış təfəkkürdür və bu de-stabillik onları da öz caynağına alacaqdır.
İran parlamentinin sədri ümidvarlıq edib ki, bütün ölkələr İŞİD və terrorizmin bütün dünya üçün təhlükə olduğu, onun köklərinin qurudulmalı olduğu və sülh və stabilliyin bərqərar olmalı olduğu qənaətinə gələcəklər.
Lüksemburqun xarici işlər naziri Jean Asselborn da bu görüşdə İrana səfərindən razılıq edərək deyib: Regionda stabilliyin bərqərar olunması çox önəmli və əsaslı məsələdir. Çünki regionda böhran Avropa ölkələrinin təhlükəsizliyini də təhlükəyə atır və ümidvaram İran, Ərəbistan, Rusiya və ABŞ kimi təsiredici ölkələr terrorizmin məhvi formatı üzərində anlaşma əldə edəcəklər.
O deyib: Biz heç vaxt İŞİD kimi terror qruplaşmalarını islam və müsəlmanlarla əlaqələndirməmiş və bu qənaətdəyik ki, onlar qaralamaq üçün özlərini islamla əlaqələndiriblər.

Teqlər