Noy 26, 2015 12:33 Asia/Baku
  • Seyid Abbas İraqçı
    Seyid Abbas İraqçı

İran xarici işlər nazirinin müavini İran tərəfindən öhdəliklərin yerinə yetirilməsini qarşı tərəfin öhdəlikləri yerinə yetirilməsi ilə şərtləndiyini bildirib və deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və Direktorlar Şurası İranın nüvə proqramı ilə bağlı ehtima olunan hərbi cəhətlər və Əhatəli Müştərək Təşəbbüs Proqramı arasından birini seçməlidir və qarşı tərəfin öhdəlikləri yerinə yetirmədiyi halda İran da öz öhdəliklərini yerinə yetirməyəcək.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Seyid Abbas İraqçı çərşənbə günü Xəbər televiziyasının dialoq verlişində bildirib: Qərb tərəfləri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurası və baş direktoru bilməlidirlər ki, əgər İranın nüvə proqramı ilə bağlı ehtimal olunan hərbi cəhətlər işi tam şəkildə bağlanmadığı və gələcəkdə onun geri qayıtması üçün şərait olduğu halda İran da Əhatəli Müştərək Təşəbbüs Proqramını dayandıracaq.
İraqçı əlavə edib: 5+1 qrupu ölkələri ehtimal olunan hərbi cəhətlər işinin bağlanması məqsədilə ilkin qətnamə layihəsini AEBA Direktorlar Şurasının növbəti iclasına təqdim etməlidirlər. Əgər bu işi etməzlərsə, öz öhdəliklərini yerinə yetirməyiblər və nəticədə Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası dayandırılacaq.
Bundan sonra İran və 5+1 qrupunun müzakirələrinin müştərək komissiya çərçivəsində keçiriləcəyini bəyan edən İraqçının sözlərinə görə, 7 dekabrda 5+1 qrupu üzvləri ilə müştərək komissiyada keçiriləcək iclasda onların Direktorlar Şurasına təqdim edəcəyi qətnamə yekunlaşdırılacaq.
İran xarici işlər nazirinin müavini zənginləşdirilmiş uran ehtiyatları barədə Rusiya ilə lazımi müqavilələrin imzalandığını deyərək bildirib: iran zənginləşdirilmiş uranı Rusiyaya satır və qarşısında "sarı keyki" satın alır.
İraqçı İran və 5+1 qrupu və Avropa Birliyi arasında Ərak Ağır Su reaktorunun rekonstruksiyası üçün imzalanan sənədlərə toxunub və əlavə edib: Bu rəsmi sənəddə bütün ölkələrin məsuliyyəti diqqətlə müəyyənləşib. Buna görə bu sənəd tam rəsmi və güclü sənəddir.
İran xarici işlər nazirinin müavini bildirib: Ərak Reaktorunun rekonstruksiyası dövrü maksimum 5 ildir. Birinci ili dizaynlaşdırma, 3-4 ili isə rekonstruksiya ilə bağlıdır.

Teqlər