Apr 01, 2016 12:35 Asia/Baku
  • İranın Bakıdakı səfiri novruz müsafirlərinə xidmətlərin göstərilməsini yüksək dəyərləndirib
    İranın Bakıdakı səfiri novruz müsafirlərinə xidmətlərin göstərilməsini yüksək dəyərləndirib

İranın Azərbaycan Respublikasındakı səfiri Astara, Biləsuvar, Culfa və Poldəşt sərhədlərində novruz müsafirlərinə xidmətlərin göstərilməsiini yüksək dəyərləndirib.

Möhsün Pak Ayin Biləsuvar sərnişin terminalında olaraq, gömrük və terminal üzrə məsul şəxslər, sərhədçilər, hüquq-mühafizə qüvvələri, həmçinin digər sərhəd işçilərinin novruz tətillərindəki münasib rəftarları, informasiya və xidmətlərini qənaətbəxş adlandırıb.

Pak Ayin Astara quru sərhədini İran və Azərbaycan Respublikası arasında ən fəal sərhəd adlandırıb və belə deyib: Hər il çoxlu sayda daxili və xarici müsafir iki ölkəyə səfərdən əlavə, bu sərhəddən keçərək, üçüncü ölkələrə də səfər edir.

O, manatın dəyərinin aşağı düşməsi səbəbindən 1394-cü günəş ilində Azərbaycan Respublikasından olan müsafirlərin sayının on faiz azalmasına toxunaraq, deyib: Eyni zamanda, novruz tətillərində biz Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərinin artmasının şahidi olmuşuq.

İran səfiri Astara və Biləsuvarda münasib ab-hava, turizm cazibələri və sərhəd bazarlarının olmasını novruz tətillərində azəri müsafirlərin sayının artmasının dəlillərindən adlandırıb.

Möhsün Pak Ayin inkişafda olan Tehran-Bakı münasibətlərini mədəni əlaqələrin inkişafı amili adlandıraraq, bildirib ki, iki ölkə xalqlarının qarşılıqlı münasibətlərinin artması ikitərəfli əlaqələr üçün bir dayaq ola bilər.

Teqlər