Apr 27, 2016 18:11 Asia/Baku
  • İran parlamentinin sədri və Belçika Senatının sədri mətbuat konfransı keçirdi
    İran parlamentinin sədri və Belçika Senatının sədri mətbuat konfransı keçirdi

İran İslam Şurası Məclisinin sədri və Belçika Senatının rəhbəri ikitərəfli əlaqələr, o cümədən iqtisadi və ticarət əlaqələrinin genişlənmsi üçün səylərin davam etməsini vurğulayıblar.

İRİB-in məlumatına görə, İran parlamentinin sədri Əli Laricani Belçika Senatının rəhbəri Kristian Doforinlə Tehranda keçirdiyi müştərək mətbuat konfransında deyib: İki tərəfin müzakirələri əsasən iqtisadi inkişaf sahələrini əhatə edirdi. Belə ki, qarşıda duran maneələr aradan qaldırılsın.

Laricani əlavə edib: Belçika parlament heyətinin Senat sədrinin rəhbərliyi ilə İrana səfəri İran və Belçika əlaqələrinin genişlənməsi çərçivəsində güclü addımın atılması üçün münasib fürsətdir.

Laricani həmçinin regionda və Avropa ölkələrində terror böhranlarının baş verməsinə toxunaraq deyib: Hazırkı şəraitdə bu fenomen bütün ölkələr üçün əsaslı problemdir.

Belçika Senatının rəhbəri Kristian Doforin də mətbuat konfransında dünyada terror böhranlarına toxunaraq deyib: Hamı əl-ələ verərək terrorizmlə mübarizə aparmalıdır və bu məsələ İran və Belçika arasında davamlı informasiya mübadiləsi olmadan reallaşmayacaq.

Teqlər