May 25, 2016 14:19 Asia/Baku
  • Traktorsazi-Əl-Nəsr 3:1
    Traktorsazi-Əl-Nəsr 3:1

Asiya Çempionlar Liqasının play-off mərhələsində Təbrizin Traktorsazi klubu Birləşmiş Ərəb Əmirliklərinin əl-Nəsr komandası ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə Traktorçuların xeyrinə başa çatıb.

Dubayda baş tutan Play-off mərhələsinin ilk oyunda əl-Nəsr komandası Traktorsazini 4:1 hesabı ilə məğlub etmişdi. Əmir Qələnoyinin yetirmələri bu nəticənin əvəzini Təbrizdə çıxmaq istəyirdilər.

Traktorsazi klubunun azarkeşləri bu oyuna böyük ümid bəsləyirdilər və oyunun Traktorsazinin xeyrinə başa çatması ilə klublarının dörddə bir finala vəsiqə qazanacağını gözləyirdilər.

Bu oyunun Traktorsazinin xeyrinə başa çatmasına baxmayaraq, ilk oyunda 4:1 hesablı məğlubiyyət cütlüyün taleyini həll edib. Belə ki, əl-Nəsr klubu iki oyunun nəticəsi olaraq 5:4 hesabı ilə növbəti tura adlayıb.

Bacarıqlı və gözəl oyun nümayiş etdirən Traktorçular növbəti mərhələyə vəsiqəni qazana bilməyiblər.

Teqlər