İyul 01, 2016 12:40 Asia/Baku
  • Ümumdünya Qüds Günü yürüşü İranda

Ümumdünya Qüds Günü yürüşü İranın hər bir nöqtəsində xalqın geniş iştirakı ilə keçirilib.

Bu gün İran xalqı küçələrə axışaraq, İmam Xomeyninin(r.ə) ideyaları və İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə sədaqət olaraq, İsrailə ölüm şüarı səsləndirib, Fələstin xalqının məzlumluq fəryadını dünya xalqlarının diqqətinə çatdırıb.

Bu il Ümumdünya Qüds Günü yürüşünün şüarı "İslam Ümmətinin birliyi, Fələstin İntifazəsini himayə və sionist rejim və təkfirçilik terrorizminə nifrət" olubdur.

İran xalqı Ümumdünya Qüds Günü yürüşündə Fələstin, Yəmən, Suriya, İraq və Bəhreynin məzlum və müdafiəsiz xalqlarını müdafiə edərək, öz həmrəyliyini elan edib.

Ümumdünya Qüds Günü İranda İslam İnqilabının qələbə çalmasından bir il sonra İmam Xomeyni(rə) tərəfindən elan olunub.

İran ilə yanaşı dünyanın bir sıra digər ölkəsində də Qüds günü qeyd olunur.