İyul 30, 2016 13:28 Asia/Baku
  • Müqəddəs müdafiə dövrünün 127 şəhidinin dəfn mərasimi
    Müqəddəs müdafiə dövrünün 127 şəhidinin dəfn mərasimi

Müqəddəs müdafiə dövrünün 127 şəhidinin dəfn mərasimi şiələrin altıncı imamı İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü ilə bir vaxtda xalqın və bir qrup rəsminin iştirakı ilə İranın 23 vilayətində keçirilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkinlərin Axtarılması Komitəsinin komandanı general-mayor pasdar Məhəmməd Baqirzadə IRIB ilə müsahibədə deyib: Bu şəhidlərin cənazələri Fav, Ummulrəssas, Şələmçə, Zeyd, Məcnun adası, Dəclənin şərqi, Zubeydat əməliyyat məntəqələrində və İraq Kürdüstanında aşkarlanıbdır.

General-mayor pasdar Məhəmməd Baqirzadə əlavə edib: bu pak şəhidlərin cənazələrindən 28-nin kimliyi müəyyənləşdirilərək, ailələrinə təhvil verilib. Digər şəhidlər də naməlum formada islami vətənin nəzərdə tutulmuş nöqtələrində müşayiət olunaraq, dəfn ediləcəklər.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkinlərin Axtarılması Komitəsinin komandanı deyib: Tehran vilayəti şəhidlərin cənazələrini 9 nöqtədə dəfn etməklə ən çox naməlum şəhidə malikdir.