Avq 28, 2016 19:50 Asia/Baku
  • İranın Məhkəmə Hakimiyyətinin sözçüsü münafiqlərin təmizə çıxarılması cəhdlərini tənqid edib
    İranın Məhkəmə Hakimiyyətinin sözçüsü münafiqlərin təmizə çıxarılması cəhdlərini tənqid edib

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü terrorçu münafiqlər qaragüruhunun təmizə çıxarılması üzrə cəhdləri kəskin tənqid atəşinə tutub.

IRIB-nin məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qulamhüseyn Mohseni-Ejei bu gün Tehranda bir mətbuat konfransında əlavə edib: Terrorçu münafiqlər qaragüruhu İraqın məhv edilmiş diktatoru Səddamın, eləcə də Amerika və İsrail rejimi daxil olmaqla İslam İnqilabı düşmənlərinin köməyi və onların vədləri ilə İran xalqına qarşı bir çox cinayətlər törədib.

Mohseni-Ejei söyləyib: İraq zindanlarındakı iranlı əsir və yaralılar münafiqlər tərəfindən işgəncə olunaraq, şəhid ediliblər.

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü sonra deyib: Bu terror qruplaşmasının İslam İnqilabının əvvəlindən bəri törətdiyi cinayətlər İranın bugünkü nəsli üçün qəbuledilməzdir.