Sen 25, 2016 13:35 Asia/Baku
  • İlin sonunadək Qədir, Sicil və Xürrəmşəhr raketləri istehsal olunacaq
    İlin sonunadək Qədir, Sicil və Xürrəmşəhr raketləri istehsal olunacaq

İranın müdafiə naziri deyib ki, cari ilin sonunadək raket sahəsində müdafiə qüdrətini bir neçə dəfə artıracaq üç əsas məhsul istehsal mərhələsinə çatacaq.

ISNA-nın məlumatına görə, İranın müdafiə naziri general-mayor pasdar Hüseyn Dehqan Müqəddəs Müdafiə həftəsi münasibətilə bu gün İslam Şurası Məclisinin açıq iclasında iştirak edərək, əlavə edib: Yüksək atıcılıq dəqiqliyinə malik bu üç raket, yəni bərk yanacaqla işləyən uzaq mənzilli Qədir raketi, bərk yanacaqla işləyən uzaq mənzilli Sicil raketi və Xürrəmşəhr raketinin təqdimatı olacaq.

General-mayor pasdar Dehqan söyləyib: Müdafiə sahəsində daxil olunmayan yeganə ünsür, kütləvi qırğın silahlarının istehsalıdır ki, bu sahədə İran İslam Respublikası heç bir haqqı qəbul etməyibdir və etməyəcəkdir də.

İranın müdafiə naziri deyib: İstehsal, tədqiqat və konstruksiya baxımından hava hücumundan müdafiə raketləri, maye və bərk yanacaqla işləyən ballistik və Kruz raketləri sahəsində İran İslam Respublikası elə bir qüdrət həddinə malikdir ki, hər bir atıcılıq dəqiqliyi və dağıdıcılıq miqdarı ilə hər bir məsafə və dəqiqliyi konstruksiya edib və yaratmağa qadirdir.

General-mayor pasdar Dehqan sonra belə ümidvarlıq edib: Gələcəkdə "yer-yer" tipli ballistik raketlər elə inkişaf etdiriləcəkdir ki, uzaq məsafələrdə dəniz hədəflərini vura bilmiş olsun.

İranın müdafiə nazirinin sözlərinə görə, bərk yanacaqla işləyən və nöqtə dəqiqliyi ilə hədəfi vuran Zülfüqar raketinin istehsal xətti İranın silahlı qüvvələrinin ixtiyarına veriləcəkdir.