Sen 25, 2016 17:02 Asia/Baku
  • İran BƏƏ-nin əsassız iddialarına cavab verib
    İran BƏƏ-nin əsassız iddialarına cavab verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi üç İran adasının İranın ayrılmaz hissəsi olduğunu vurğulayıb.

İİR XİN sözçüsü Bəhran Qasimi bu gün Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Abdullah Bin Ali-Nəhyanın BMT-nin baş Assambleyasındakı çıxışına münasibət bildirərək, onun əsassız və təkrar iddialarını rədd edib və deyib: Son illərdə Əbu-Dəbi çaxnaşmaların azalmasına yardım etmək əvəzinə, yarıqların dərinləşməsinə və militarizmin yayılmasına yardımçı olub. 

Qasimi sonra deyib: BƏƏ-nin xarici işlər naziri elə bir şəraitdə başqalarını isttiham edir və fikirləri öz məsuliyyətindən yayındırmağa cəhd göstərir ki, Əbu-Dəbi son illər özünün ənənəvi mühafizəkar rolunu regionun ifratçı və militarist oyunçularının xeyirinə olaraq tərk edib. 

Qasimi söyləyib: İran İslam Respublikası həmişə regionu müsibətlər və faciələr qarşısında qoyan əsas amilin təkfirçi terrorizmə dəstək siyasətləri olduğunu vurğulamışdır. 

İranın diplomatiya aparatının sözçüsü İranın üçlük adasının İran İslam Respublikasının ayrılmaz parçası olduğunu vurğulayaraq, əsassız iddiaların təkrar edilməsinin tarixi dəyişməyəcəyini deyib.