Okt 31, 2016 19:10 Asia/Baku
  • Bəhram Qasimi
    Bəhram Qasimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mişel Ounu Livan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

İran Xarici İşlər Nazirliyinin İctimai və Media Diplomatiya İdarəsinin rəhbəri və sözçüsü Bəhram Qasimi Livan prezidentinin seçilməsi haqda bu ölkənin müxtəlif siyasi cinahları arasında razılığın əldə olunmasını Livanda stabilliyin davam etməsi və demokratiyanın əsasının möhkəmləndirilməsi istiqamətində önəmli addım adlandırıb.

İran XİN sözçüsü regionun hazırkı həssas şəraitində bu addımın əhəmiyyətini qeyd edərək deyib: Nəhayət Livanın müxtəlif siyasi cinahları və xalqın seçdiyi nümayəndələr iki il yarım böyük çərçivədə məsləhətləşmələrdən sonra Livan prezidentinin seçilməsi haqda həssas və önəmli razılığı əldə edib və siyasi cinahlar general Mişel Ounu Livan prezidenti seçməklə bu önəmli əsası vurğuladılar ki, Livan müxtəlif dinlər və etnosların beşiyi və müxtəlif dinlər və məzhəblərin ardıcılların dinc yanaşı yaşamasının bariz nümunəsidir və problemlərin yeganə həll yolu siyasi cinahları bir-birləri ilə razılaşması və məsləhətləşməsidir.

O əlavə edib: İran İslam Respublikası Livan xalqı, müxtəlif siyasi cinahları və şəxsən Mişel Ounu təbrik edərək ümidvarlıq edir ki, onun prezidentliyi dövründə Livanın inkişafı və çiçəklənməsi, həmçinin iki ölkə əlaqələrinin daha da genişlənməsinin şahidi olacağıq.

Teqlər