Dek 07, 2016 20:19 Asia/Baku
  • İran İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümündə matəm içində
    İran İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümündə matəm içində

Dünya şiələrinin 11-ci imamı Həzrət İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümü gecəsində İslami İran, xüsusilə də Məşhədür-Rza qara geyinərək matəm içindədir.

Pak Rəzəvi ziyarətgahı bu gecə minlərlə zəvvarı qəbul edir. Aşiqlər sınıq qəlblə Allahın 11-ci höccətinin şəhadəti ilə bağlı İmam Rzaya (ə) başsağlığı verməyə gəlmişlər. Belə ki, İmam Zamanla (əc) fəryad və əzadarlıq etsinlər və Həzrət Mehdinin (əc) zühurunun tezləşdirilməsi üçün ilahi dərgaha dua etsinlər. 

Qum şəhərində də Əhli-Beyt (ə) aşiqləri və vurğunları məscidlər və hüseyniyyələr, xüsusilə də Həzrət Fatimə Məsumənin (s.ə) pak ziyarətgahında bu imamın şəhadətinin ildönümündə matəm saxlayırlar. 

Həzrət İmam Həsən Əsgəri (ə) 28 il yaşadıqdan və 6 il imamətdən sonra 8 rəbiül-əvvəl 260-cı hicri qəməri ili Samirra şəhərində Mötəmid Abbasi tərəfindən şəhid edilib və əziz atasının pak qəbrinin kənarında dəfn olunmuşdur. 

Teqlər