Yan 28, 2017 12:50 Asia/Baku
  • Ruhani: İran sülh və dostluq ölkəsidir

İran prezidenti vurğulayıb: İran İslam Respublikası daim tarix boyu sülh və dostluğun bərqərarı ardınca olub.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda Turizm Təlimatçıları Beynəlxalq Konvensiyasının sessiyasında deyib: İranda ilahi dinlərin davamçılarının məscid və kilsə kənarında dinc yanaşı yaşamaları mövcuddur və İran məclisində də zərdüşt, xristian və kəlimi dinlərinin nümayəndələri müsəlman nümayəndələrin kənarında iştirak edirlər.

Ruhani əlavə edib: İranın yeddi min illik mədəniyyət və sivilizasiyaya malik xalqının region və dünyadakı böyük hədəflərindən biri, xalqların bir-birilərilə peyvəndidir.

Ruhani deyib: Bu gün elə bir zaman deyildir ki, xalqlar arasında divar çəkilsin və əgər xalqlar arasında divar da olmuş olsa belə, onu götürmək və xalqlar arasındakı məsafələri aradan qaldırmaq lazımdır.

İranın icra hakimiyyətinin sədri həmçinin bildirib ki, İran dünyanın hər bir yerində terrorizmlə mübarizəyə hazırdır. O, deyib: Xoşbəxtlikdən, bu gün regionda terrorizm tənəzzül etməkdədir.

Ruhani İranın terrorizm qarşısında regionun günahsız xalqlarına verdiyi dəstəklərə toxunaraq, söyləyib: Əgər İranın İraq və Suriyanın xalqları və ordularına yardımları olmasaydı, bu gün Dəməşq və Bağdadda terrorçular hakim kəsilərdilər.

İran prezidenti Fəcr ongünlüyü günlərinə və İran İslam İnqilabının 1979-cu ildəki qələbəsinə də işarə edib. O, deyib: İran xalqı böyük möcülər yaratdı və 38 il bundan öncə heç bir ölkə, qüdrət və fövqəlqüdrətin himayəsi olmadan, öz mədəniyyəti, dini və yüksək amallarına söykənərək, böyük bir inqilabı səmərəyə çatdırdı.

İranın icra hakimiyyətinin sədri İslam İnqilabının mühüm səmərələrindən birini İran xalqının başıucalığı adlandırıb və belə qeyd edib: Milli suverenlik, demokratiya əsasında ölkənin idarəsi və səs qutularından əldə olunan demokratiya da bu inqilabın mühüm nailiyyətlərindən digər birisi olubdur.

Teqlər