Fev 20, 2017 20:59 Asia/Baku
  • Sepah-ın elektron raketlərinin uğurlu atışı
    Sepah-ın elektron raketlərinin uğurlu atışı

Sepah-ın quru qoşunlarının komandanı deyib: Sepah-ın elektron və dəqiq raketlərinin Böyük Peyğəmbər(s.ə.s.)-11 manevrindəki uğurlu atışı İran İslam Respublikasının qüdrət nişanəsidir.

Sepah-ın quru qoşunlarının komandanı general-mayor Mohəmməd Pakpur bu gün İranın mərkəzi səhrasında keçirilən Böyük Peyğəmbər(s.ə.s.)-11 müdafiə-təhlükəsizlik manevrinin başlanğıcında müxbirlərə deyib: Müxtəlif dərəcələrdən olan elektron və dəqiq raketlər bu manevrdə uğurla atılaraq, dəyərləndirildi.

General-mayor Pakpur əlavə edib: Böyük Peyğəmbər(s.ə.s.)-11 manevrində uzaq mənzilli artilleriya mərmiləri və raket atışında məqsəd, artilleriya təlimləri keçmiş qüvvələrdə təlimin təsirliliyini müşahidə etməkdir.

Sepah-ın quru qoşunlarının komandanı həmçinin bu manevrdə məqsədi, İran İslam Respublikasının qüdrətinin nümayiş etdirilməsi adlandırıb və deyib ki, Böyük Peyğəmbər(s.ə.s.)-11 manevrinin mesajı, Sepah-ın quru qoşunlarının hər cür təhdid qarşısında hazırlığını bildirməkdir.

Sepah-ın quru qoşunlarının üçgünlük Böyük Peyğəmbər(s.ə.s.)-11 manevri "Ya, Rəsulallah!" rəmzi və "qüdrət və davamlı təhlükəsizliyin nümayişi" şüarı ilə bu gün İranın mərkəzi səhrasında keçirilməyə başlanıb.

Teqlər